Səssiz fəryad və Unuda bilmirəm (Monotamaşalar)
tədbirin detalları
"Səssiz Fəryad" - Bir ana, itirdiyi uşağının yoxluğunu qəbul edə bilmir. Günlərini onun xatirəsi və xəyalı ilə danışaraq keçirir. Sevgi ilə yasın iç-içə olduğu bu oyunda, qadının ürəyindəki ana məhəbbəti ölmür, əksinə, onu yaşadan yeganə ümid xəyal görüşləridir. Tamaşa, insanın itki qarşısında daxili mübarizəsini və sonsuz ana sevgisini təsvir edir.
“Unuda Bilmirəm” tamaşası yaşlanmış bir insanın keçmişinə baxışıdır. O, gəncliyini, xatirələrini və etdiyi səhvləri unutmaq istəsə də, hər xatirə yenidən canlanır. Peşmanlıq, sevgi və itirilmiş zamanın acısı iç içə keçir. Tamaşa insanın özü ilə hesablaşmasını və keçmişdən qaçmağın mümkünsüzlüyünü göstərir.
Yaş məhdudiyyəti: 16+