20 dekabr 2025

O olmasın, bu olsun

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"O olmasın, bu olsun"

Müəllif: Üzeyir Hacıbəyov

Xronometraj: 1 saat 45 dəqiqə

Yaş: 16+

Dil: Azərbaycan

Mövzu: "O olmasın, bu olsun" əsəri Azərbaycan cəmiyyətinin XX əsrin əvvəllərindəki ictimai-məişət münasibətlərini, xüsusilə də pulun və mövqeyin sevgidən üstün tutulmasını kəskin tənqid edən əsərdir. Əsərdə hadisələr Gülnazın atası Rüstəm bəyin borca düşməsi ilə başlayır. Və çıxış yolu olaraq pul qarşılığında qızını Məşədi İbada vermək istəyir. Gülnazın gənc sevgilisi Sərvərlə evlənmək istəməsi, lakin atasının borc ucbatından onu Məşədi İbada vermək məcburiyyətində qalması, cəmiyyətdəki haqsızlığı və insani dəyərlərin necə alver predmetinə çevrildiyini göstərir. Lakin sonda bütün düyünlər həll olunaraq Gülnaz Sərvərlə, Məşədi İbadsa qulluqçu Sənəmlə evlənir. 
Nəticə etibarı ilə, "O olmasın, bu olsun" əsəri, həm komik, həm də faciəvi elementləri özündə birləşdirərək, Azərbaycan cəmiyyətinin keçmişinə güzgü tutur və məhəbbətin, azadlığın, insani dəyərlərin puldan və mövqedən üstün olduğunu bir daha vurğulayır.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 16+

tədbirin məkanı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı

Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 26

Xəritədə bax

xəbər bülletenimizə abunə olun