Əhməd Ağdamski Gecəsi
tədbirin detalları
Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Teatrın tarixi simaları – Əhməd Ağdamskinin xatirəsinə
Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin əziz xatirəsinə həsr olunmuş konsert proqramında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və digər bəstəkarların əsərləri, eləcə də muğam və təsniflər səslənəcək.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Arzu Əliyeva, Elnur Zeynalov, həmçinin solistlər Aytən Məhərrəmova, Mirəli Sarızadə, Aydan Quliyeva, Nəzər Bəylərov, Mütəllim Dəmirov, Afaq Ağayeva, Günel Hacıyeva, Xəyal Hüseynov və Gülzar Ramizli çıxış edəcəklər.
İfaçılara Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Konsertdə həmçinin teatrın baş xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi ilə xor kollektivi çıxış edəcək.
Yaş məhdudiyyəti: 6+