İstirahət və sərgüzəştin unikal vəhdət təşkil etdiyi Azərbaycanda geniş çeşiddə və fərqli zövqlərə yönəlmiş təkliflər mövcuddur. Əminik ki, qonaqpərvər insanlar diyarının gözoxşayan, əsrarəngiz təbiəti, görməli yerləri turistlərin yaddaşında silinməz izlər buraxacaq.
Böyük Qafqaz dağlarında cənnət yaratmış Azərbaycanın qışı bir möcüzədir. Burada xizəksürmə həvəskarları məftun olacaq, insan ayağı dəyməmiş gözəl məkanlar kəşf edəcəklər. Xizək sürməyə yeni başlamağınızdan və ya təcrübəli xizəkçi olmağınızdan asılı olmayaraq, yamaclarda cəsarətlə sürüşün və dünya səviyyəli iki məşhur dağ-xizəksürmə kurortunda – Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində xizək sürməkdən zövq alın. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan heyrətamiz mənzərələri, maraqlı qış festivalları, dünya səviyyəli dağ-xizək kurortları ilə soyuq mövsümdə istirahət üçün əla məkandır.
Qış tətilinizi planlaşdırmağa başlamağınız üçün bir neçə səbəb:
Əyləncəli və ailəvi festivallar mövsümü
Qış festivalları bu mövsümdə səyahət etmək üçün ən əsas səbəblərdən biridir. Paytaxt Bakı unudulmaz anların zövqünü yaşamaq üçün uzaq və yaxından gəlmiş qonaqları qəbul edən mədəni meqapolisdir. Bakıda keçirilən “Soyuq əllər, isti ürək” adlı paltar, kitab, suvenir və digər məhsulların satıldığı xeyriyyə bazarında mütləq iştirak etməlisiniz. Sayrışan parlaq işıqlar, isti içkilər və zəngin dadlı yeməklər bu şəhərdə həddən artıq diqqətçəkən bayram əhval-ruhiyyəsi yaradır.
Tufandağdakı yeni yüksəklikləri kəşf edin
Bənzərsiz gözəlliyi ilə seçilən "Tufandağ" Dağ-Xizək Kompleksi Azərbaycanın qədim diyarı Qəbələ rayonunun ərazisində, Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Azərbaycanın bu gözəl guşəsi göllər, şəlalələr, çaylar və dağlarla zəngindir. Keçmiş Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ qədim tarixi və mədəniyyəti ilə seçilir. Bölgədə eyni zamanda 16 hektarlıq əyləncə və macəra ərazisi – Azərbaycanın ən böyük əyləncə parkı – “Qəbələnd” də fəaliyyət göstərir.
Xüsusi hazırlanmış 15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. Xizək sürməyi ilk dəfə sınayanlar bu əyləncəli idman növü ilə məşğul olmaq üçün istirahət kompleksinin xizəksürmə məktəbinə qoşula bilərlər. Spa, restoran, kafe, bar və istirahət zonaları ilə təchiz olunmuş Tufandağ sizin üçün maraqlı qış gəzintilərinin siyahısını hazırlamışdır.
Şahdağın qarlı dağlarından zövq alın
“Şahdağ” ölkənin ən gözəl bölgələrindən biri hesab edilən Qusar rayonu ərazisindəki sıx meşələri və dağları ilə ilboyu açıq havada çoxsaylı istirahət və əyləncə proqramları təklif edir. Şəhər mərkəzindən “qaçmaq” istəyənlər üçün “Şahdağ” Turizm Mərkəzi mükəmməl qış istirahət zonasıdır. Kurortun lüks hotelləri, spa və restoranları, həmçinin qarla örtülmüş dağ yamacı həm xizəkçilər, həm də isti və rahat divar sobası ətrafında dincəlmək istəyənlər üçün ideal məkandır.
Xizək sürməyə marağı olmayan turistlər üçün əyləncələr təklif olunur: motorlu xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, trottinet, yamac paraşütçülüyü.
Paketlər
- “Şahdağ” Turizm Mərkəzi istirahət, əyləncə və yaşayış üçün geniş çeşidli imkanlar, həmçinin dəniz səviyyəsindən 1435–2351 metr hündürlükdə əla xizəksürmə fürsəti təklif edir;
- Xüsusi qış tətili olaraq, “Şahdağ Hotel & Spa” qiyməti 650 dollardan başlayan iki gecəlik Yeni il paketi təklif edir.
- Yamaclarda 2 günlük əyləncədən zövq alın:
2 günlük xizək sürmə abunə – böyüklər üçün 32 dollar, uşaqlar üçün 24 dollar;
1 saatlıq xizək dərsləri – böyüklər üçün 24 dollar, uşaqlar üçün 30 dollar;
Kvad turları – 24 dollar;
Qar təmizləyən maşında gəzinti – 15 dollar;
Atla gəzinti – 4 dollar.
Paketi 31 dekabr 2019-cu ildən 2 yanvar 2020-ci il tarixinədək əldə etmək mümkündür.
Bakıda dəbdəbəli istirahətdən zövq alın
Bakı Şərq və Qərbin gözəlliyini özündə əks etdirən nadir şəhərdir. Bu qədim şəhərdə maraqlı təzadları görmək mümkündür. Qədimliyin və müasirliyin müstəsna uyğunluğu, sözsüz ki, sizlərdə unudulmaz təəssürat yaradacaq.
Xəzər dənizinə və YUNESKO-nun Ümumdünya İrsi obyekti olan İçərişəhərə açılan, ecazkar memarlıq üslubuna malik Four Seasons hoteli də Bakı kimi qədimliyin və müasirliyin təzadları ilə diqqəti cəlb edir. Buradakı gül-çiçəyin, zənginliyin, rahatlığın, zaman və məkanın inanılmaz sintezinin bənzəri yoxdur. Ən yuxarı mərtəbədə yerləşən “Jaleh” spa mərkəzində hamam, sauna və masaj da daxil olmaqla, bir sıra gözəllik prosedurları təqdim olunur. Qonaqlar, həmçinin möhtəşəm roman üslubunda tikilmiş üzgüçülük hovuzunda üzə və ya fitnes mərkəzində məşq edə bilərlər.
Paketlər
- “Four Seasons Hotel Baku” qonaqları ən yaxşı bayram mövsümündə əylənməyə dəvət edir. Qonaqlara hoteldə mövcud gözəl şəraitdən zövq almaq imkanı təqdim olunur. Buraya türk hamamı və ya qapalı hovuzda üzmək, sonra isə lüks “Jaleh” spada “Magical Silk Route” masajı daxildir.
- 22 dekabr tarixində cəmi 52 dollara İsveç masasını sifariş etməklə, spirtli içkilər də daxil olmaqla, canlı Milad musiqisinin müşayiəti ilə Milad bayramı brançının, ya da 44 dollara hotel aşpazlarının hazırladığı üç menyudan ibarət Milad şam yeməyinin və Milad atmosferinin dadını çıxarın.
- 2019-cu il 31 dekabr tarixində sadəcə 52 dollara "Bentley's Bar"dakı diskotekada yüngül qəlyanaltı – İsveç masası, limitsiz içkilər və DJ musiqisi ilə rəqs edin. Sonra "Four Seasons Hotel Baku"da 52 dollara 2020-cı ilin ilk bayram brançının dadını çıxarın.
- Qiymətinə 15% endirim edilmiş nömrədə üç gecə və qiymətinə 20% endirim edilmiş lüks nömrədə qalmaq imkanından istifadə edin. Paketi 19 noyabr 2019-cu il – 25 mart 2020-ci il tarixlərində əldə etmək mümkündür.
Şamaxının zəngin mədəni irsini kəşf edin
Azərbaycanın qədim şəhərlərindən olan Şamaxı Böyük Qafqaz dağlarının yamaclarında yerləşir. V əsrdə tikilmiş tarixi şəhər Şirvan imperiyasının paytaxtı və Şirvan sülaləsinin vətəni olub. Bu gün Şamaxı şərabçılığın, xalçaçılığın inkişaf etdiyi, Qafqazın ən qədim məscidlərindən biri hesab edilən nəfis Cümə məscidinin, Yeddi Gümbəz məqbərəsi kimi tarixi incilərin, Şamaxı Astrofizika Rəsədxanasının və digər tarixi abidələrin vətəni kimi tanınır.
Paketlər
- “Shamakhi Palace Sharadil” hoteli – Azərbaycanın mərkəzində yerləşən müasirlüks ailəvi istirahət mərkəzidir. Təklif edilən mənzərəli eyvanları olan lüks nömrələr və kotteclər, terraslar böyük ailələr və qruplar üçün ideal məkandır. “Nargiz” spa və sağlamlıq mərkəzində qonaqlar təcrübəli həkimlər tərəfindən təyin edilmiş müasir prosedurlarla müalicə edilir. Əylənməyi xoşlayanlara 32 adda xidmət servisi – peyntbol, oxatma, at sürmə və sair təklif edilir.
- Hotel qış tətili üçün məxsusi olaraq həftə içi günlərdə 65 dollardan, həftə sonu isə 78 dollardan başlayan, səhər yeməyi də daxil olmaqla, iki nəfərlik delüks nömrəli paket təklif edir.