Beynəlxalq aviaşirkətlərAzərbaycana uçuşları bərpa edir

31 Avqust 2021
Beynəlxalq aviaşirkətlər Azərbaycana uçuşları bərpa edir

Ölkəmizdə peyvəndləşmə prosesi uğurla davam etdikcə beynəlxalq aviaşirkətlər davamlı olaraq Azərbaycana uçuşları bərpa etməyə başlayırlar.
 
Belə ki, avqust ayından başlayaraq “Wizz Air” həftədə iki dəfə – çərşənbə axşamışənbə günləri Abu-Dabidən Heydər Əliyev Beynəlxalq Hava Limanına və geriyə, “Lufthansa” isə çərşənbə şənbə günləri Frankfurt – Bakı – Frankfurt reysləri üzrə uçuşlar həyata keçirir.

Bundan əlavə, İsrailin “Arkia Airlines” və “Israir Airlines” aviaşirkətləri Təl-Əviv – Bakı – Təl-Əviv reysləri üzrə Azərbaycana uçuşlara başlayıb. “Arkia Airlines” həftənin çərşənbə axşamıbazar, “Israir Airlines” şirkəti isə bazar ertəsi cümə günləri uçuşlar həyata keçirir. 

“Aviaşirkətlərin Azərbaycana uçuşları bərpa etmələrindən çox şadıq. Uğurlu peyvəndləşmə prosesi və səyahət qaydalarının sadələşdirilməsinin bütün dünya üzrə turizm sanayesinin tezliklə yenidən canlanmasına töhfə verəcəyinə inanırıq” – deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid öz açıqlamasında bildirib. 

Hazırda “AZAL“ və “BUTA Airways”dən başqa 21 beynəlxalq aviaşirkət müxtəlif istiqamətlərdən Azərbaycana və geriyə uçuşlar təşkil edir. Bunların arasında “Turkish Airlines“, “Lufthansa“, “Qatar Airways”, “Ural Airlines”, “Aeroflot”, “S7”, “Nord Wind”, “FlyDubai” kimi məşhur aviaşirkətlər, eyni zamandan aşağı büdcəli “Pegasus”, “SkyUp Airlines” və “Wizz Air” şirkətləri də var. 

Hal-hazırda Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, BƏƏ, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya və Yunanıstan kimi ölkələrdən Azərbaycana uçuşlara icazə verilir. Bu ölkələrin vətəndaşları Azərbaycana səfər etmək üçün müvafiq ölkənin təqdim etdiyi COVID-19 pasportuna (vətəndaşın tam peyvənd olunması və ya COVID-19-dan sağalması barədə sənəd) və uçuşdan əvvəl 72 saat ərzində götürülmüş PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədə malik olmalıdırlar. Yaşı 18-ə qədər olan sərnişinlərin isə uçuşdan əvvəl 72 saat ərzində verilmiş PCR testinin neqativ nəticəsinə dair sənədi təqdim etmələri kifayətdir.

xəbər bülletenimizə abunə olun