Azərbaycan:dünya miqyaslı qolf destinasiyası

1 Sentyabr 2019
Azərbaycan: dünya miqyaslı qolf destinasiyası

Azərbaycanda beynəlxalq səviyyəli 18 dəlikli iki qolf meydançası var: Bakı şəhərinin mərkəzindən 40 dəqiqəlik məsafədə yerləşən 170 hektarlıq sahədə tikilmiş Dreamland Qolf Klubu və "Quba Palace” hotelinin ətrafındakı sıx yaşıl meşələr arasında qurulmuş Quba Milli Qolf Klubu.

Qolf memarlığı üzrə fəaliyyət göstərən qabaqcıl “Dye Designs” şirkətinin memarı Sintia Day tərəfindən dizayn edilmiş Dreamland Qolf Klubu Xəzərin qoynunda Aralıq dənizinin təravətləndirici ab-havasını yaratmaqla, qolfu hansı səviyyədə bacarmağınızdan asılı olmayaraq sizə gümrahlıq və zövq hissləri bəxş etməklə yanaşı, həm də mükafat uğrunda mübarizə turniri təcrübəsini yaşadır. Nazik biçilmiş “fairway”lər və bankerlərlə əhatələnmiş qrinlər təcrübəli qolfçular üçün çətinliklər yaradır, digər tərəfdən hamar landşaft dizaynı vuruş istiqamətinin müəyyən edilməsində yeni başlayanlara köməklik göstərir. Burada, həmçinin PGA sertifikatlı peşəkar qolfçuların çalışdığı təlim-məşq və oyun studiyalarına malik müasir Qolf Akademiyası faəliyyət göstərir. Dreamland Qolf Klubu Avropa Qolf Assosiasiyası (EGA) tərəfindən rəsmi şəkildə qiymətləndirilmiş və təsdiqlənmiş qolf meydançasıdır.

Qolf oynamaq arzusunda olanlar Qafqaz dağlarının füsunkar mənzərəsini özündə əks etdirən Quba Milli Qolf Klubuna da üz tuta bilərlər. "Quba Palace” hotelinin meydançasında tikilmiş qolf klubu Azərbaycanda 2013-cü ildə istifadəyə verilib və “PGA Avropa Challenge Tour” da daxil olmaqla, bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib.  185-akr sahəsi olan qolf meydançası “International Golf Design” şirkətinin memarı Con Hant tərəfində dizayn edilib və burada bacarıq səviyyələrinə görə bütün oyunçular üçün təpəciklər və dərin bunkerlər qurulub. Gözəl yemək seçimləri ilə yanaşı, lüks spa qurğusu, standartlara uyğun biznes və konfrans mərkəzi 5 ulduzlu “Quba Palace” hotelini həm biznes, həm də zövq üçün mükəmməl bir məkana çevirir.

Azərbaycanın təqdim etdiyi tur paketlərinin müxtəlifliyi turistlərin ilboyu ölkəmizə səfər etməsinə imkan verir və bu, bir neçə səbəbdən qaynaqlanır: 2019-cu ildə Formula 1 Azərbaycan Qran Prisi və  UEFA Avropa Liqası finalı kimi yüksək səviyyəli idman tədbirlərinə ev sahibliyi etmiş bu ölkə lüks kolleksiyalardan, B&B-dən tutmuş dinamik qastronomik təcrübəyə qədər qonaqpərvərlik tədbirlərini ortaya qoyub. Azərbaycan yayda yaşamalı kənd yerləri və qış xizək yamacları, turist marşrutları və mədəni tədbirləri də daxil olmaqla, olduqca cəlbedici məkandır. Azərbaycanda müxtəlif cür təcrübələr nəzərə alınır və qolf sadəcə səyahətçilər üçün başlanğıcdır.

xəbər bülletenimizə abunə olun