Qaşqaçay – Qumux marşrutu marşrutu üzrə haykinq

Qaşqaçaydan Qumuxa gedən bu marşrut əsasən meşəlikdən keçir və asan təbiət yürüşləri sevərlər üçün uyğun seçimdir

Qaşqaçay – Qumux marşrutuüzrə haykinq

Qaşqaçay – Qumux marşrutu

Difficulty - Yellow

Qumux kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Belə ki, yaxınlıqda aparılmış arxeoloji qazıntılar zamanı hələ e.ə. 8 – 7-ci əsrlərdə burada yaşayışın olduğu təsbit olunub. Qumuxa gedən bu marşrut üzərindəki aşırımdan açıqlığa çıxdıqda ətraf dağlara və dərələrə geniş mənzərə açılır. Cığırlar hər yerdə aydın seçilir və tam işarələnmişdir.

  • MƏSAFƏ - 5,5 KM
  • YOXUŞ - 200 M
  • ENİŞ - 300 M
  • MAKS. HÜNDÜRLÜK - 1020 M
  • MİN. HÜNDÜRLÜK - 1250 M
  • MÜDDƏT - 2 SAAT 10 DƏQ

Başlanğıc nöqtəsindən işarələri izləyərək kəndin içi ilə davam edin. 100 m irəlidə yol sağa dönərək evlərin arası ilə davam edir və 500 m-dən sonra meşəyə qalxan cığır başlayır. Enli, aydın cığır 1,5 km-dən sonra aşırıma çatır və açıqlığa çıxır. Bu hissədə cığır bir qədər sola aşağı düşüb, meşənin içi ilə – kol basmış köhnə meşə yolu ilə davam edir. Kəndə yaxınlaşdıqca yol daha aydın və geniş olur. 2 km irəlidə yol meşədən açıqlığa çıxır və kəndə yaxınlaşır. Nişanları izləyərək 1,3 km irəlidə Qumux kəndinin əsas yoluna çıxa bilərsiniz. 

Mövsüm

May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlar olsa da, bu marşrutu il boyunca rahatlıqla keçmək olar. Yağıntılı günlərdən sonra cığırlar palçıqlı olur. İl boyunca cığır üzərində çoban alaçıqları olmur. 

Ətraf cığırlar

Turun müddətini uzatmaq üçün bu marşrutu, əvvəlcə, İlisu – Qaşqaçay marşrutu ilə, Qumuxa çatdıqdan sonra isə 7 km maşınla (və ya maşın yolu ilə piyada) gedib, Baş Göynük – Kiş marşrutu ilə birləşdirmək tövsiyə olunur. 

Kişdən “Marxal Resort & Spa” istirahət mərkəzinə keçib orada təklif edilən yolsuzluq maşınları ilə Xan yaylağına çıxa bilərsiniz. Həmin yolla piyada çıxmağa icazə verilmir. Xan yaylağına piyada çıxmaq istədikdə xəritədə bir qədər araşdırma edib, Şəki şəhəri ətrafından yaylağa qalxan cığırları peyk görüntlərindən rahatlıqla seçmək olar. Bu marşrutlar hələlik işarələnməyib və təcrübəsiz haykinq həvəskarlarına tövsiyə edilmir. Şəki şəhərindən Orta Vərəzət kəndinə, oradan isə Baş Kəldək kəndinə meşəiçi, asan cığırlarla qısa yürüşlər etmək olar. Əksər turistlərin diqqətindən yayınan Vərəzət və Baş Kəldək kəndlərindəki qədim alban kilsələri elə yolunuzun üstündə rastınıza çıxacaq.

Qidalanma və yerləşdirmə

Hər iki kənddə kiçik dükanlar və kafelər fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.

Su 

Marşrut üzərində su mənbəyi olmasa da, qısa və rahat olduğu üçün su ehiyatı üçün narahat olmağa dəyməz. Yürüşdən kənar çox vaxt keçirmədikdə 1 l su ehtiyatı kifayətdir. 

Nəqliyyat

Şəkidən Qaşqaçay kəndinə taksi ilə 12-15 AZN-ə getmək olar (*0066 və ya *5577 taksi xidməti). Qaxdan isə şəhər taksiləri ilə 6-8 AZN-ə getmək mümkündür (“ALO taksi xidməti” +99470 298 9966). Qax avtovağzalından Qaşqaçay kəndinə avtobusla gün ərzində 3 dəfə gedə bilərsiniz (07:30; 13:00; 18:00 (0,70 AZN)).

İcazələr və xüsusi mühafizə edilən ərazilər 

Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur.

Qaşqaçay – Qumux marşrutu

Qaşqaçay – Qumux marşrutu

Qumux kəndi qədim yaşayış məskənlərindən hesab olunur. Belə ki, yaxınlıqda aparılmış arxeoloji qazıntılar zamanı hələ e.ə. 8 – 7-ci əsrlərdə burada yaşayışın olduğu təsbit olunub. Qumuxa gedən bu marşrut üzərindəki aşırımdan açıqlığa çıxdıqda ətraf dağlara və dərələrə geniş mənzərə açılır. Cığırlar hər yerdə aydın seçilir və tam işarələnmişdir.

Xəritəni yükləyin
Qalereya

Cavadxan zirvəsi – Çıraqlı marşrutu

Useful information

weather and season

Havanın temperaturu

Hazırda:
10.1°C
Orta:
9.9 – 12.2°C / 49.8–54.0°F

Temperaturu hiss et

Hazırda:
8.1°C
Orta:
5.9 – 13.2°C / 42.6–55.8°F

Külək

Hazırda:
  • Cooler; windy in the p.m.
  • Qəbr-Şimal-Qərb
  • sürət 20.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Qaxdadigər fəaliyyət növləri

Sarıbaşda off-road turları
Sarıbaşda off-road turları
Offroad turlar

Sarıbaşda off-road turları

Ucqar dağ kəndi olan Sarıbaş qədim tarixi və yerli ənənələri ilə... Daha ətraflı

İlisu şəlaləsini tamaşa edin
İlisu şəlaləsini tamaşa edin
Offroad turlar

İlisu şəlaləsini tamaşa edin

İlisu kəndi qədim tarixi və qonaqpərvər insanları ilə yanaşı, təbii gözəlliyi... Daha ətraflı

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İlisu – Qaşqaçay marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

İlisu – Qaşqaçay marşrutu üzrə haykinq

Marşrut İlisu kəndindən başlayır, meşə və yaylaqlardan keçərək Qaşqaçayın sahilində başa... Daha ətraflı

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
Qaşqaçay – İlisu marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Qaşqaçay – İlisu marşrutu üzrə haykinq

Marşrut Qaşqaçay kəndindən başlayır, meşə və yaylaqlardan keçərək İlisu kəndində başa... Daha ətraflı

read more aboutregion and route

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

xəbər bülletenimizə abunə olun