Qodonu intizarında
tədbirin detalları
Absurd janrının nümunələrindən olan “Qodonun intizarında” tamaşasında hadisələr bir məkanda baş verir. Baş qəhrəmanlar Estraqon və Vladimir boşluqda, bir ağacın altında bütün günü oturub Qodonu gözləyirlər. Lakin heç özləri də bilmir ki, Qodo kimdir və onlara nə üçün lazımdır. Yoldan keçən iki şəxs Poçço və onun nökəri Lakki də burada istirahət edirlər. Lakin onlar gedəndən sonra Didi və Qoqo yenidən ağacın altında oturub heç nə etmədən Qodonu gözləyirlər. Və gecə düşür, səhər açılır - yenə də gözləyirlər...
Tədbirin dili: AzərbaycancaYaş məhdudiyyəti: 16+
tədbirin məkanı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı
Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 26
Xəritədə bax