Mingəçevir şəhərinintarixi və təbiəti
Azərbaycanın "İşıqlar şəhəri" Mingəçevir, Kür çayı sahilində macəra, təbiət və rahatlığı birləşdirir. Ölkənin ən böyük su anbarı olan Mingəçevir gölü su idman növləri, qayığa minmə və balıqçılıq üçün ideal məkandır. Şəhər, həmçinin nadir və miqrasiya edən quş növlərini izləmək üçün quş müşahidəsi həvəskarlarının sevimli məkanlarından biridir. Ziyarətçilər sahil boyunca gəzmək, açıq hava fəaliyyətlərindən həzz almaq və şəhərin cazibəsini kəşf etmək imkanı əldə edirlər. Mingəçevir ekoturizm, ailəvi istirahət və su macəraları üçün əla yerdir.
Mingəçevir qədim insan məskənlərindən hesab olunur. Burada ilk insan məskənlərinin beş min il əvvəl salındığına dair fərziyyələr mövcuddur. Bir zamanlar bu bölgə İpək yolunun üzərində yerləşirdi.
Müasir Mingəçevir şəhəri isə İkinci Dünya müharibəsindən sonra nəhəng Mingəçevir Su Elektrik Stansiyasını inşa etmək üçün göndərilən 10 minə yaxın alman hərbi əsirinin köməyi ilə salınıb.
Şəhər mərkəzindəki bir sıra tikililərdə, o cümlədən Dram Teatrı və bəzi yaşayış massivlərində, eləcə də Bozdağın ətəklərində yerləşən alman əsirləri qəbiristanlığında bu ərazilərdə yaşamış almanların təsiri hiss olunur. Eyni zamanda Mingəçevir boyunca Azərbaycanın su ehtiyatlarının əsasını təşkil edən Kür çayı axır: şəhər uzun illərdir, mühüm avarçəkmə mərkəzi olaraq tanınır. Burada yerli balıq fermasına baş çəkə, çaykənarı bulvarda gəzintiyə çıxa və yerli balıq restoranlarında nahar edə bilərsiniz. Əgər buranı yayda ziyarət etsəniz, Mingəçevir Su Anbarını ziyarət etməyi də unutmayın.
Kür çayı üzərində tikilmiş Mingəçevir su anbarı ətraf ərazidə müxtəlif ölçüdə su hövzələrinin, bir-birilə əlaqəli bataqlıqların yaranmasına səbəb olmuşdur. Su anbarı da quşların məskunlaşması üçün münbit şəraitə malikdir. Bu ərazilərdə quş müşahidəçiləri mümkün açıq ərazilərdə quş dəstələrini müşahidə edə bilirlər.
Bu ərazinin səciyyəvi növləri su hövzələrində qışlayan quşlar (məsələn, anqut, ağalın və ağqaş qazlar), qağayılar (məsələn, güləyən qağayı), bəzən böyük dəstələrlə adi flaminqolardır. Əlavə olaraq, geniş çöllük ərazilərdə kiçik torağay quşu və bəzgək dəstələrinə də rast gəlmək olar. Ərazidə həmçinin imperator qartalını, nadir hallarda isə Ceyrançöl çölündə yazda və payızın əvvəlində istirahət edən qəşəng durna dəstəsini görə bilərsiniz.
Əraziyə xas quşlar
Qışda:
Adi bəzgək (Tetrax tetrax)
İmperator qartalı (Aquila heliaca)
Ütəlgi qızılquş (Falco cherrug)
Çöl sarı (Buteo rufinus)
Qıvrımlələk qutan (Pelecanus crispus)
Yayda:
Çöl sarı (Buteo rufinus)
Mərməri cürə (Marmaronetta angustirostris)
Adi pərttəgöz (Burhinus oedicnemus)
Ağgöz qara ördək (Aythya nyroca)
Ən uyğun dövrlər
Payız və qışın sonlarında, yazda daha maraqlı olur.
Gecələmə
Mingəçevir şəhərində Kür çay sahilində bir neçə yerləşdirmə müəssisəsi var. Məsələn, “Kur Hotel” (+99424730313), “Ağsaray Deluxe Hotel & Spa” (+994502001988) və “River Side Hotel” (+994242749373).