Bakıda elektron mədəniyyətinyeni səhifəsi
BEAT Group şirkəti 3 may tarixində Bakı şəhərinin tarixi mərkəzində, Əziz Əliyev küçəsində yeni boolood layihəsinə start verdi.
boolood — Berlindən Tbilisiyə qədər dünyanın müxtəlif şəhərlərində həyata keçirilən məşhur küçə partilərinin tərkib hissəsi olaraq ilk dəfə paytaxtımızda keçirilir. Bu, şəhər mühitinə inteqrasiya olunmuş açıq və sərhədsiz musiqi platformasıdır — burada hər kəs ritmlərin və vizual effektlərin yaratdığı möhtəşəm axının bir hissəsinə çevrilir. Böyük səhnə, fərqli yemək zonaları, geniş içki seçimi və günbatanadək davam edən əyləncə ilə boolood bu yay hər şənbə Əziz Əliyev küçəsini Bakının elektron musiqi mərkəzinə çevirəcək.
İyun ayında boolood musiqi proqramı həm tanınmış xarici artistləri, həm də yerli səhnənin fəal nümayəndələrini əhatə edir. Bu ay üçün proqram aşağıdakı kimidir:
6 iyun — Vusall Insun, Rameen
Gecənin “headliner”i: Ajna
7 iyun — Ahmet Hakan, Maxtage
Gecənin “headliner”i: Moeaike
14 iyun — Woltren, Sheereen
Gecənin “headliner”i:: Alex Kósh
21 iyun — Emily, Ronfoller
Gecənin “headliner”i: Charmeine
28 iyun — Gareden, EIFOUR
Gecənin “headliner”i: Joseph & :Darren
Tədbir hər həftənin şənbə günü saat 18:00-dan 23:00-dək davam edir.
Bu yay şəhərin ritmini boolood müəyyən edəcək — sən də bu enerjiyə qoşul!