Sehrli Xurcun
tədbirin detalları
Bu Yeni il mövsümündə Kukla Teatrı balaca tamaşaçıları sehrli bir macəraya dəvət edir! “Sehri Xurcun” adlı yeni tamaşa uşaqları xeyirxahlıq, dostluq və möcüzələrlə dolu nağıl dünyasına aparır.
Tamaşanın əsas qəhrəmanları sehrli xurcunun sirrini açmağa çalışır. Bu xurcun adi deyil – o, yalnız yaxşı niyyətli, səmimi və ürəyi təmiz olanlara öz möcüzələrini göstərir. Yeni İl gecəsi yaxınlaşdıqca qəhrəmanlarımız müxtəlif sınaqlarla üzləşir, əyləncəli və maraqlı hadisələr yaşayırlar. Onlara isə uşaqların gülüşü və alqışları yol göstərir.
Rəngarəng kuklalar, musiqili səhnələr, şən zarafatlar və Yeni İl ab-havası ilə zəngin olan “Sehri Xurcun” tamaşası balaca tamaşaçılara unudulmaz bayram əhval-ruhiyyəsi bəxş edəcək.
Yaş məhdudiyyəti: 2+