Gipsdən fiqurlar master class
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Yeni il sehrini öz əlləri ilə yaratsınlar!
Bu master-klassda uşaqlar:
-
Onlar üçün xüsusi hazırlanmış gips Yeni il fiqurlarını rəngləyirlər
-
Fantaziyalarını sərbəst şəkildə ifadə edirlər
-
Əl bacarıqlarını və yaradıcılıqlarını inkişaf etdirirlər
-
Səbir, diqqət və estetik zövq qazanırlar
-
Ən əsası isə öz hazırladıqları oyuncağı yolkaya asaraq qürur duyurlar
Master-klassın gedişatı:
-
Uşaqlara təhlükəsiz gips fiqurlar təqdim olunur
-
Rəngləmə texnikaları sadə və əyləncəli formada izah edilir
-
Hər uşaq fiqurunu öz zövqünə uyğun boyayır
-
Hazır işlər qurudulur və lentlərlə bəzədilir
-
Sonda isə yolkaya asılan və xatirə olaraq evə aparılan əl işi hazırlanır
Bu master-klass sadəcə əyləncə deyil,
uşağın özünə inamını artıran,
onu ekrandan uzaqlaşdıran
və yaradıcı düşünməyə təşviq edən dəyərli bir təcrübədir.