11 may 2025

Parfümer

tədbirin detalları

"Forest School Azerbaijan"dan növbəti yaradıcı və ətirli təcrübə: "Parfümer" master-klassı!

Uşaqlar bu dəfə təbiətin sehrli qoxularını kəşf etməyə gəlirlər!

Master-klassda uşaqlar efir yağları ilə tanış olacaq, onların necə əldə edildiyini öyrənəcək və fərdi ətirlərini hazırlayacaqlar. Bu həm yaradıcı, həm də duyğu orqanlarını inkişaf etdirən maraqlı bir təcrübə olacaq.

Təbiətdəki müxtəlif bitkilərin qoxularını hiss etmək, onları birləşdirərək özünəməxsus kompozisiya yaratmaq uşaqlarda həm müşahidə qabiliyyətini, həm də estetik zövqü gücləndirir. Biz bu prosesdə uşaqlara dəstəkləyici mühit yaradırıq ki, onlar özlərini ifadə edə bilsinlər və öz seçimlərinə güvənməyi öyrənsinlər.

Qeyd: Master-klass sadəcə uşaqlar üçün nəzərdə tutulmuşdur. Fəaliyyət bitdikdən sonra övladınızı pedaqoq liderimizdən təhvil ala bilərsiniz.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 6-10

tədbirin məkanı

Mərkəzi Nəbatat bağı

AZ1004, 40 Badamdar şossesi, Bakı

Xəritədə bax

xəbər bülletenimizə abunə olun