Nine Senses Fest 2025Bakı, Azərbaycan
2–4 may tarixlərində Bakıda bədən və ruhani təcrübələr üzrə beynəlxalq festival — Nine Senses Fest 2025 keçiriləcək. Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunur.
Festival haqqında
Nine Senses Fest — qədim ənənələrin müasir bədən yönümlü təcrübələrlə qovuşduğu canlı bir məkandır.
Festival iştirakçıları nəfəs, hərəkət, meditasiya, musiqi və özünüdərk vasitəsilə dərin təcrübə yaşamağa dəvət olunur.
Festival proqramı
Festival çərçivəsində yerli və xarici ustadların rəhbərliyi ilə onlarca tədbir keçiriləcək:
- Yoqa dərsləri: hatha, nidra, şivananda, fly yoga, somatik yoqa və s.
- Nəfəs təcrübələri, meditasiyalar və OM çantinq
- Art-terapiya, neyroqrafika və intuisiya ilə rəsm
- Sound healing və vokal yoqa
- Sufi təcrübələri və fəlsəfəsi: dönmə, musiqili performanslar, zikrlər və sufi musiqisi
- Pеruquois və Çingiz Mustafayevin iştirakı ilə canlı konsertlər
- Pеruquois tərəfindən qadınlar üçün vokal yoqa üzrə ustad dərsi
- Made in Azerbaijan etiketi altında yerli yarmarka
Festivalın missiyası
Nine Senses Fest-in məqsədi fərqli mədəniyyətləri, təcrübələri və şüurlu insanları bir araya gətirməkdir.
Festival yerli ustadların tanıdılması, Azərbaycanın zəngin mədəniyyətinin göstərilməsi və ölkənin retrit turizmi üçün perspektivli istiqamət kimi tanıdılmasına xidmət edir.
Məkanlar
Festival aşağıdakı dörd fərqli məkanda keçiriləcək:
- Nine Senses Sea Breeze
- Nine Senses Neftçilər prospekti
- Sea Breeze Event Hall
- The Club Port Baku
Biletlər və iştirak
Biletlər artıq satışdadır: ninesenses.az/nsf25
Əməkdaşlar üçün korporativ paketlər də mövcuddur.
Nine Senses Fest 2025 öz mahiyyətinə doğru bir yolçuluqdur. Bu təcrübənin bir hissəsi olun!