31 may 2025

Nömrə 13

tədbirin detalları

Rey Kuni – “Nömrə 13” komediyası

Hadisələr Londonun məşhur “Westminster” otelində cərəyan edir. Baş nazirin sadiq köməkçisi və iqtidar partiyasının deputatı Riçard Uilli müxalifət liderinin gənc katibəsi Ceyn Uorzinqtonla gizli görüş təşkil edir. Məqsəd – debat öncəsi “əyləncəli” bir axşam keçirməkdir. Lakin planları gözlənilməz şəkildə alt-üst olur.

Qaldıqları otelin otağında pəncərədən asılmış naməlum kişi cəsədi bu gizli eşq macərasını tamamilə kabusa çevirir. Bütün ölkə qarşısında rüsvay olmaqdan qorxan deputat vəziyyəti ört-basdır etməyə çalışır və “meyit”i şkafda gizlətmək qərarına gəlir. Bu işdə ona kömək etməli olan şəxs – eşq məsələlərindən bixəbər, lakin hər şeydə etibarlı olan şəxsi köməkçisi Corc Piqdendir.

Ana nəzarətindən heç vaxt çıxmamış, bütün ömrünü evində keçirmiş subay Corc bir anda özünü müxtəlif qadınların ehtirası və qarışıqlıq dolu hadisələrin tam mərkəzində tapır. Və beləcə, bir-birindən gülməli və gözlənilməz vəziyyətlər başlayır...


Quruluşçu rejissor: Əməkdar artist Nicat Kazımov
Quruluşçu rəssam: Mustafa Mustafayev

Rollarda:
– Xalq artisti Pərvanə Qurbanova
– Əməkdar artistlər: Elxan Abbasov, Aslan Şirin, Novruz Cəfərov, Kəmalə Məmmədova
– Samir Abbasov
– Murad Meyfəliyev
– Elmir Məmmədov
– Şəlalə Rüstəmova
– Zeynəb Hüseynova

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 16+

tədbirin məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun