20 iyun 2025

“Nərdivan”

tədbirin detalları

30-dan çox məşhur sima Nəriman Həsənzadənin həyatına həsr olunmuş “Nərdivan” musiqili dram tamaşasında.

Nəriman Həsənzadə haqqında bilmədiklərinizə, ən əsası isə Sara xanımla olan sevgi hekayəsinə məşhur aktyor, müğənni və aparıcıların canlı ifasında şahid olacaqsınız.  Əsas rollarda Xəzər Süleymanlı, Ülviyyə Əliyeva, Taleh Yüzbəyov, xalq artisti Niyamməddin Musayev, xalq artisti Murad Dadaşov, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Lalə Məmmədova, əməkdar artist İlqar Cahangir, əməkdar artist Toğrul Əsədullayev, tanınmış aparıcılar Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Mehman Rəsulov, dünya şöhrətli fotoqraf Reza Deqati, aktyorlar Faiq Mirzə və Cavid Baba və başqa tanınmış simalar iştirak edəcəklər.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 12+

tədbirin məkanı

Heydər Əliyev Sarayı

Bülbül prospekti 35, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun