29 noyabr 2025

MOUK ustad dərsi

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Əziz dostlar,

Sizi YAY Qalereyasında nümayiş olunan MOUK-un “Go Slowly” adlı cari sərgisi çərçivəsində rəssam tərəfindən keçiriləcək ustad dərsində iştirak etməyə dəvət edirik.

Tədbir zamanı siz MOUK-un bədii üsuluna uyğun olaraq natürmort kompozisiyanızı yaradaraq, öz merçinizi hazırlamaq imkanı əldə edəcəksiniz.

Hər bir diqqətlə seçilmiş obyekt səssiz hekayəçiyə çevrilərək tamaşaçını vizual hekayəyə cəlb edir. Yaradıcılıq yalnız təsvirin özündə deyil, həm də kadra yerləşən ifadəli süjet qurmaq bacarığındadır. İstər köhnə cib saatı, istər qədim kitablar, istərsə də solmuş meyvə olsun – hər biri zaman, bilik və bolluq kimi anlayışları simvolizə edir.

Dərsin sonunda fərdi üsulda hazırlanmış kətan çantanızı xatirə olaraq özünüzlə aparacaqsınız.

QEYD: Ustad dərsində istifadə olunacaq bütün materiallar tərəfimizdən təmin ediləcək.

Tarixlər: 29 noyabr, 6 dekabr

Saat: 15:00

Məkan: YAY Qalereyası, Kiçik Qala küç., 5

İştirak ödənişlidir: 30 AZN

Yaş məhdudiyyəti: 12+

tədbirin məkanı

YAY Gallery

Kiçik Qala küçəsi 5, İçərişəhər, Bakı, Azərbaycan, AZ1000

Xəritədə bax

xəbər bülletenimizə abunə olun