Mor ve Ötesi
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
19 dekabr tarixində Bakı Konqres Mərkəzində Türkiyənin məşhur rok qrupu “Mor ve Ötesi” tamaşaçılar qarşısına çıxacaq. “Bir Derdim Var”, “Oyunbozan”, “Deli” kimi dillər əzbəri olmuş hitləri ilə milyonların qəlbini fəth edən qrup simfonik orkestrin müşayiəti ilə tamaşaçılara unudulmaz musiqi gecəsi yaşadacaq.
Konsertin dirijoru – tanınmış orkestr şefi Orçun Orçunsel, ifanı isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.
Tədbirin dili: TürkçeYaş məhdudiyyəti: 6+