Azərbaycan dünya idman arenasında

qlobal səviyyəlitərəfdaşlıq

Azərbaycandünya idman arenasında

Beynəlxalq Xizək İdmanı Federasiyası (FIS) və Azərbaycan dağ xizək turizminin inkişafı və ölkənin perspektivli istiqamət kimi tanıdılması məqsədilə yeni əməkdaşlıq platforması — Global Destination Partnership layihəsinin başladığını elan ediblər.

Azərbaycan həm aktiv qış istirahəti, həm də peşəkar idman fəaliyyətləri üçün bütün şəraitə malikdir. Bakıdan cəmi 2,5 saatlıq məsafədə yerləşən “Şahdağ” kurortu, müxtəlif səviyyəli xizəkçilər üçün 35 kilometrdən çox eniş yolu, slalom, nəhəng slalom və super nəhəng slalom enişləri, həmçinin beynəlxalq yarışların keçirilməsi üçün müasir infrastruktur təklif edir. Ölkəmizin digər məşhur dağ xizək mərkəzləri – Qəbələdəki “Tufandağ” və Naxçıvandakı “Ağbulaq” kurortları da qış turizmi həvəskarları arasında xüsusilə populyardır.

Qış idmanının inkişafı və Azərbaycanın dünya idman arenasındakı nüfuzunun artırılması çərçivəsində yaxın illərdə bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan beynəlxalq idman tədbirlərini yüksək standartlarla təşkil etmək sahəsində zəngin təcrübəyə malikdir. Bunu ölkəmizdə böyük uğurla keçirilmiş Formula 1 yarışları, Avropa oyunları, Cüdo üzrə dünya çempionatları və Xizək alpinizmi üzrə Dünya Kuboku mərhələləri bir daha təsdiqləyir. Bu əməkdaşlıq isə, öz növbəsində, qış idmanının populyarlaşdırılması və Azərbaycanın qlobal turizm xəritəsində mövqeyinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

xəbər bülletenimizə abunə olun