Manqurt
tədbirin detalları
"Manqurt"
”Gün var əsrə bərabər” romanından bir parça əsasında səhnələşdirilmiş “Manqurt” tamaşası Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində oynanılır.
Manqurt-türk, altay və qırğız əfsanələrində haqqında bəhs edilən şüursuz kölədir. Manqurt halına gətirilmək istənilən insanın başı qırxılaraq, yaş dəvə dərisi sarılır və qolları bağlı halda günəş altında saxlanılır. Dəvə dərisi quruduqca gərilir və gərilən dəri başı sıxaraq, dəhşətli ağrılar verir. Bu zaman insan ağlını itirmək dərəcəsinə çataraq, yaddaşını itirib, manqurta çevrilir. Manqurtlaşdırılan insan yaddaşını itirərək keçmişini, o cümlədən, anasını, dilini, dinini, millətini unudub, sonda köləyə, robota çevrilir. Robota, manqurta və köləyə çevrilmiş insanı, asanlıqla idarə etmək olur. Əsərdə bu amansız cəzanı juanjuanlar tədbiq edirdilər. Onlar tutduqları ərazilərdə yaxaladıqları əsirlə bu cür davranırdılar.
Tamaşanın quruluşçu rejissoru Anar Babalıdır.
Yaş məhdudiyyəti: 13+