17 dekabr 2025

Məcnun Kərimov 80

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim Musiqi Alətləri Ansamblının konserti ansamblın yaradıcısı Xalq Artisti, professor,  Məcnun Kərimovun 80 illik yubileyinə həsr olunur. 
Məcnun Kərimov 1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaradıb, 10-dan çox qədim musiqi alətimizi bərpa edib. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində bərpa edilmiş musiqi alətlərindən ibarət ansambl yaradıb. Konsertdə ansamblın ifasında muğamlarımız və qədim xalaq mahnılarımızdan ibarət musiqi axşamı təqdim ediləcək. Ansamblın bədii rəhbəri Xalq artisti Munis Şərifovdur .

Yaş məhdudiyyəti: 12+

tədbirin məkanı

Beynəlxalq Muğam Mərkəzi

Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun