Küknarlara məktub
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Qoderzi Çoxelinin “Küknarlara məktub” tamaşasına annotasiya
Gürcü nasiri Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi əsasında hazırlanmış tamaşa müharibədə ölümdən dönən Berinin həyatı haqqındadır.
Müharibədə yaralanmış Berinin yarasına hardansa küknar tozu düşür. Müharibədən sonra Berinin yarası sağalsa da, birdən-birə çiynində küknar ağacı bitməyə başlayır.
Övladı olmayan Beri küknara öz doğma balası kimi bağlanır. Beri onun ayrılmaz bir parçasına çevrilmiş küknarı qorumaq üçün öz sağlamlığı bahasına hər bir fədakarlığa gedir.
Bütün bunlar azlıq edəndə isə Beri təbiətə qovuşaraq küknar ağacını yaşatmaq yolunu seçir.
Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır.
Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 13+