26 iyun 2025

"Qarabağ gecəsi" xeyriyyə konserti

tədbirin detalları

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya
dəstəyi ilə “Qarabağ Gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

26 iyun 2025-ci il tarixində - Silahlı Qüvvələr Günündə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor,
Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac
Şıxəlizadə iştirak edəcək. Konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq.

Konsertdən əldə ediləcək bütün vəsait Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm
tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri
komplekslərinin yaradılmasına yönəldiləcək.

Konsertin proqramı:

- Ü. Hacıbəyli - “Koroğlu” operasından Uvertüra

- C. Puççini - Bohema operasından Rudolfun ariyası (Xalq artisti Yusif Eyvazov)

- C. Puççini - Bohema operasından Miminin ariyası (Əməkdar artist Afaq Abbasova)

- C. Puççini - Rudolf və Miminin dueti (Xalq artisti Yusif Eyvazov ve Əməkdar artist Afaq Abbasova)

- C. Rossini - “Sevilya bərbəri” operasından Fiqaronun kavatinası (solist Mahir Tağızadə)

- J. Bize - Xabanera (solist Aytac Şıxəlizadə)

- C. Puççini - Toska operasından Kavaradossinin ariyası (Xalq artisti Yusif Eyvazov)

- C. Puççini - Toskanın ariyası (Əməkdar artist Afaq Abbasova)

- Guno - Valentin ariyası (solist Mahir Tağızadə)

- C. Verdi – “Don Karlo” operasından Eboli ariyası (solist Aytac Şıxəlizadə)

- C. Verdi - Don Karlo və Rodriqonun dueti (Xalq artisti Yusif Eyvazov və solist Mahir Tağızadə)

- C. Puççini - Aria Cio-Cio-San (Un bel di vedremo) (Əməkdar artist Afaq Abbasova)

- Q. Qarayev - “Yeddi gözəl” baletindən vals (orkestr)

- F. Əmirov - “Azərbaycan elləri” (solist Aytac Şıxəlizadə)

- Ü. Hacıbəyli - “Koroğlu” operasından Koroğlunun ariyası (Xalq artisti Yusif Eyvazov)

- Ü. Hacıbəyli - “Koroğlu” operasından Həsən xanın ariyası (solist Mahir Tağızadə)

- F. Əmirov - “Sevil” operasından Dilbərin mahnısı (Əməkdar artist Afaq Abbasova)

- C. Puççini - “Turandot” operasından Kalafın ariyası (Xalq artisti Yusif Eyvazov)

- M. Maqomayev - “Odlar yurdu” (solist Mahir Tağızadə)

- C. Verdi - “Traviata” operasından Brindisi

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Azərbaycan Dövlət Akademik Filarmoniyası

İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun