17 iyun 2026

Biganə məşuq

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Jan Kokto. “Biganə məşuq”

Yaş həddi: 18+

Müəllif: Jan Kokto

Tamaşanın müəllifi: Aydan Həsənzadə

İfaçılar: Aydan Həsənzadə, Mirzə Ağa Mirzəyev

Janr: birhissəli psixoloji dram                        

Tamaşanın müddəti: 35 dəqiqə

Fransız dramaturqu Jan Kokto  dünya teatr məkanında tanınmış və əsərləri böyük müvəffəqiyyətlə oynanılan dramaturqlardan biridir. Onun "Antiqona", "Orfey", "Ədəbsiz uşaqlar" pyesləri dünyanın bir çox teatrlarında səhnə təcəssümü tapmışdır. Kokto bir neçə filmdə rejissor və ssenari müəllifi kimi özünü sınayıb.

Jan Koktonun ümumbəşəri duyğuları əks etdirən “Biganə məşuq” pyesi isə tək ifa üçün nəzərdə tutulmuş çox ciddi bir yaradıcılıq işidir.  

Gənc Lyusi  biganə aşiqi Emili dərin məhəbbətlə sevir. Onu yanında saxlamaq üçün hər cür fədakarlıq göstərir. Ciyəri xəstə olan Lyusi ciddi ağrılara məruz qalsa da,  müğənnilik edib, sevdiyini saxlamağa, onu qorumağa çalışır. Emil isə Lyusiyə yalnız gəlir mənbəyi kimi baxır.

Lyusinin maliyyə imkanları Emilin maliyyə imkanlarına çevrilsə də, qadına qarşı  laqeydliyi biganə kişiyə  qarşı ikrah hissi oyadır.

Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı teatrımızda fəaliyyət göstərən “ArtStudiya” Teatr Studiyasında təcəssüm verilən  tamaşada öz əksini tapır.

 

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 18+

tədbirin məkanı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

Nizami küçəsi 72, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun