15 iyun 2025

Global HR Forum 2

tədbirin detalları

Global HR Forum 2 - İnsan Resursları Sektorunun Növbəti Zirvəsi Heydər Əliyev Sarayında

İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarlar, bu sahədə təhsil alan gənc liderlər, idarəetmə sahəsində çalışanlar, HR sahəsində karyera qurmaq və inkişaf etdirmək istəyənlər, eləcə də A-dan Z-yə bu sahəyə maraq göstərən hər kəs üçün bənzərsiz bir fürsət təqdim edirik!

Global HR Forum 2 – HR sektorunun ən nüfuzlu və yüksək səviyyəli tədbirlərindən biri olmaqla yanaşı, dünyaca məşhur alimlərin, beynəlxalq kouçların və peşəkar HR liderlərinin spiker qismində iştirak edəcəyi unikal platformadır. Forum çərçivəsində yeni trendlər, inkişaf strategiyaları və insan resursları sahəsindəki innovasiyalar geniş şəkildə müzakirə ediləcək. İştirakçılar həm nəzəri bilik, həm də real iş dünyasında tətbiq olunan praktiki yanaşmalarla tanış olmaq imkanı əldə edəcəklər.

Forumun sonunda iştirakçılar:

Beynəlxalq Kouçluq Federasiyasi 
ICF tərəfindən təsdiq edilmiş və MCC Fatih Elibol tərəfindən veriləcək olan 7 saatlıq CCE sertifikatlı təlim.
İngiltərədə akkreditasiyadan keçmiş HR Beynəlxalq Sertifikatı əldə edəcəklər.

PANEL 1: "İnsan Mərkəzli Transformasiya: HR-ın Yeni Missiyası"

Bu panelin əsas məqsədi iş mühitində insan faktorunun dəyərini qorumaq, liderlikdə empatiyanın rolu və HR strategiyalarının dəyişən sosial və psixoloji trendlərə uyğunlaşdırılmasıdır.

  • Empatiya əsaslı liderlik: Performansa deyil, insana yönəlmək
  • Tükənmişlik sindromu və psixoloji təhlükəsizlik: HR nə edə bilər?
  • Nəsillərarası əməkdaşlıq: Z, Y və Alfa nəsli ilə işləmək
  • Dəyər əsaslı işə qəbul: CV-dən kənarda insanı görmək

PANEL 2: "Texnologiya və Strateji HR: Gələcəyi Formalaşdırmaq"

Bu panel texnoloji innovasiyaların HR sahəsində istifadəsi, süni intellekt və data analizinin işə qəbul və performans idarəsinə təsiri üzərində qurulacaq.

  • Süni intellektlə namizəd seçimində obyektivlik: Mümkündürmü?
  • HR analitikası: Məlumatlarla qərar vermək və nəticə ölçmək
  • Rəqəmsal bacarıqlar matrisi: Gələcəyin işçiləri necə formalaşır?
  • İş dünyasında metaverse və virtual ofislər: HR üçün yeni imkanlar
  • HR 4.0: İnsan Resursları Strategiyalarının Dördüncü Sənaye İnqilabına Uyğunlaşdırılması

Bu tədbir, HR sahəsində öz bilik və bacarıqlarını artırmaq, peşəkar şəbəkəsini genişləndirmək və beynəlxalq səviyyədə tanınmaq istəyən hər kəs üçün nadir fürsətdir.

Xüsusi qeyd: Biletin qiymətinə qidalanma xidmətləri daxil deyil.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 16+

tədbirin məkanı

Heydər Əliyev Sarayı

Bülbül prospekti 35, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun