27 iyun 2025

Firuz Əliyev yaradıcılıq gecəsi 75

tədbirin detalları

Xalq artisti, tarzən Firuz Əliyev tar ifaçılıq məktəbinin görkəmli  nümayəndələrindən biridir. İfaları həmişə sevilə-sevilə dinlənilir.  İndiyədək dünyanın bir çox ölkələrində Azərbaycan muğamını, tar ifaçılıq sənətimizi təbliğ edən sənətkarın yubiley gecəsində yaradıcılıq yoluna nəzər salınacaq, tanınmış xanəndələrin iştirakı ilə  konsert proqramı təqdim olunacaq.
Gecədə Xalq artistləri Alim Qasımov, Aygün Bayramova, Gülyanaq Məmmədova, Ənvər  Sadıqov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Nuriyyə Hüseynova,  BMM-nin solistləri Mirələm Mirələmov, Hüseyn Məlikov , ifaçılar Emin Bədəlov, Əli və Abbas Əliyevlər çıxış edəcək.  Müşayiət edir : İnstrumental ansambl – bədii rəhbər Rövşən Qurbanov. 

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 12+

tədbirin məkanı

Beynəlxalq Muğam Mərkəzi

Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun