19 dekabr 2025

Miyazaki kainatı axşamı. Multimediyalı konsert. Ars Caspia Ensemble

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

💫 19 dekabr saat 20:30-da Bakı ilk dəfə olaraq "Miyazaki Kainatı"na qərq olacaq - heyrətamiz dərəcədə gözəl və tarixi Kamera və Orqan Musiqisi Zalında canlı multimediyalı konsert.

Hayao Miyazakinin sevimli cizgi filmlərindən musiqinin canlandığı sehrli bir ab-havaya qərq olun. Co Hisaişinin “Ruhlarla sovrulanlar”, “Yeriyən qala”, “Qonşum Totoro” və “Küləklər vadisindən Nausika” kimi cizgi şah əsərlərindən əfsanəvi melodiyalar səslənəcək, bu ölməz rəvayətlərdən kadrlar isə böyük ekranda nümayiş olunacaq.

Musiqi və təsvir qovuşacaq, tam dalma effekti yaradaraq sizi Miyadzaki kainatının içinə aparacaq. Bu axşam kamera ansamblımız sizi xəyalların, sehrin və möcüzələrə inamın canlandığı musiqi, məkan və təxəyyül səyahətinə dəvət edəcək.

  • ⏰ Başlama vaxtı: 20:30
  • 📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41

 

Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.

Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.

🎶Ansambl - Ars Caspia Ensemble

Ars Caspia Ensemble  - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.

Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:

Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.

Yuliya Motorina (ikinci skripka)  - Azərbaycan Respublikasının əməkdar  artisti, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.

Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar  artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır,.

Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.

Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.

Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.

Bu -  yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.

🎟️Yerlərin sayı məhduddur.

Bu qışın ən əsrarəngiz musiqi axşamının bir hissəsi olmaq şansınızı qaçırmayın!

Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Kamera və orqan musiqisi zalı

28 May küçəsi 41, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun