14 fevral 2026

Çinarə Məlikzadə "Mən özüm gedərəm" - Gəncə

tədbirin detalları

Xüsusi ifa tərzi və güclü səsi ilə seçilən Çinarə Məlikzadə bu dəfə Gəncədə pərəstişkarları ilə görüşəcək. Onun səmimi ifası və enerjili səhnə performansı dinləyicilərə unudulmaz bir musiqi axşamı yaşadacaq.

Heydər Əliyev Sarayında keçirilən “Gedək üzü küləyə” adlı uğurlu solo konsertdən sonra bu konsert də sənətçinin karyerasında əlamətdar hadisələrdən biri olacaq. “Mən özüm gedərəm” adlı solo konsert proqramında Çinarə Məlikzadə ən sevilən mahnılarını sizlər üçün canlı ifa edəcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq bu musiqi axşamı uzun müddət yadda qalacaq.

Əziz Gəncəlilər, gəlin 14 Fevral gününü sevgi və musiqi ilə birlikdə qeyd edək.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası

135 Attarlar küçəsi

Xəritədə bax

xəbər bülletenimizə abunə olun