Şam işığında: Hans Zimmer, Joe Hisaishi və Ludovico Einaudi
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Yeni ildə minlərlə şam işığının sehrində yeni bir təcrübəyə hazırsınızmı?
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎
31 yanvar tarixində dünya kino və müasir klassik musiqisinin ən görkəmli bəstəkarlarına həsr olunmuş xüsusi Candlelight axşamı Kamera və Orqan Musiqisi Zalında, Candlelight Ensemble ifasında şam işığında təqdim olunacaq. Bu gecədə Hans Zimmer, Ludovico Einaudi və Joe Hisaishinin unudulmaz əsərləri zərif və emosional interpretasiyada səslənərək dinləyiciləri dərin hisslər və təsəvvürlərlə dolu bir musiqi səyahətinə aparacaq.
Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.
⏳ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.
🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!
Tədbirin dili: Multilingual
Yaş məhdudiyyəti: 6+