Bir Məhəbbət var idi...
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi.
Əməkdar artist Məhəbbət Kazımovun repertuarında yer alan mahnılar tanınmış və müasir ifaçılar tərəfindən səsləndiriləcək.
Tamaşaçılar həmçinin səhnədə ansamblın canlı müşaiyəti ilə ekranda mərhum sənətkarın ifasının şahidi olacaqlar.
Gecədə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artistlər Könül Kərimova, Cabir Abdullayev, Sevinc Sarıyeva, Ehtiram Hüseynov, Elnur Zeynalov, İlkin Əhmədov, Nigar Şabanova, müğənnilər Sahib İbrahimov, Eldəniz Məmmədov, Güllü Muradova, Mirələm Mirələmov, Murad Laçınlı, Pərviz Qasımov və "Laçın" muğam qrupu iştirak edəcəklər.
Konsert proqramı dekabrın 3-ü Heydər Əliyev Sarayında baş tutacaq.
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, ASAN xidmət mərkəzlərindən və İticket.az saytından əldə edə bilərsiniz.
Yaş məhdudiyyəti: 6+