Baba Mahmudoğlu Gecəsi
tədbirin detalları
Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Azərbaycan Respublikasının Xalq Artisti Baba Mahmudoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramında Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Şəfiqə Axundovanın operalarından parçalar, həmçinin xalq mahnıları və təsniflər səslənəcək.
Konsertdə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Zeynalov, İlkin Əhmədov, eləcə də solistlər Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, Nəzər Bəylərov, Mütəllim Dəmirov, Xəyal Hüseynov, Gülzar Ramizli və Məhəbbət Səfərov çıxış edəcəklər.
İfaçılara Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Tədbirin dili: AzərbaycancaYaş məhdudiyyəti: 6+