Anar Əliyev - Böyük İllüziyalar Şousu
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet
İlin ən möhtəşəm, ən sirli və ən ailəvi tamaşası yaxınlaşır! 28 dekabrda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında sizi unudulmaz bir gün gözləyir! Səhnədə sehrin ustası Anar Əliyev, inanılmaz illüziyalarla sizə reallığın sərhədlərini unutduracaq. Amma bu axşam təkcə Anar Əliyev yox — onun sənət dostları da səhnəyə çıxaraq sizi heyrətləndirəcək! Bu şouda hər saniyə bir möcüzəyə çevriləcək — gözünüzlə görəcək, amma inanmaqda çətinlik çəkəcəksiniz! Bu şou — bütün ailə üçün hazırlanıb! Uşaqlar üçün möcüzə dolu anlar, böyüklər üçün heyrətamiz illüziyalar və hamı üçün unudulmaz emosiyalar yaşanacaq
QEYD: 3 yaşdan yuxarı tamaşaçılar üçün bilet alınmalıdır
Yaş məhdudiyyəti: 0+