Şam işığında Retro Gecəsi
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Candlelight Baku Originals – Şam işığında Retro! 🕯️🎻
⭐ İlin son Retro konserti – 13 dekabrda Bakının özünəməxsus Kamera və Orqan Musiqisi Zalında (Kilsə) baş tutacaq!
🌎 Candlelight konsepti – Londondan Sidneyə, Oslodan İstanbula qədər dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi tarixi məkanlarda keçirilən şam işığında musiqi təcrübəsi artıq Bakıda da sizi gözləyir. Burada səssizlik danışır, işıq isə musiqiyə çevrilir.
🎻 Proqram: Azərbaycan klassiklərinin qızıl dövrünə səyahət edəcəksiniz – Rəşid Behbudov, Oqtay Ağayev, Şövkət Ələkbərova, Akif İslamzadə və Elmira Rəhimovanın unudulmaz əsərləri şam işığında canlanacaq.
⏳ Müddət: 60 dəqiqə (qapılar 30 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur).
♿ Əlçatanlıq: Məkan əlil arabası ilə tam əlçatandır.
🕯️ Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bizə qoşulun!
Diqqət! Konsertə gecikdiyiniz halda, biletdə göstərilən yer dəyişdirilə bilər.
Bilet nəzarətçilərinin təlimatlarına əməl etməniz və konsertlərə qeyd edilən vaxtdan 30 dəqiqə əvvəl gəlməniz tövsiyə olunur.
Konsert və tədbirlərimizdə iştirak edən qonaqlardan geyim tərzinə diqqət yetirmələri xahiş olunur. Şort və başmaqla gələn şəxslər konsert zalına buraxılmayacaq.
Tədbirin dili: AzərbaycancaYaş məhdudiyyəti: 6+