Qədim mədəniyyətin beşiyi sayılan Qarabağın gözoxşayan təbiəti və əlverişli təbii-şəraiti burada üzümçülük və şərabçılığın inkişafına təkan vermişdir. Tarixi kökləri sarsılmaz olan şərabçılıq ənənələri inkişaf perspektivləri ilə birləşərək Qarabağ şərablarına yeni nəfəs verəcək.
Tarixi köklərdən yola çıxaraq... Qarabağ əra - zisində üzümçülüyün və şərabçılığın tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, arxeoloji qazıntılar zamanı Ağdam şəhəri yaxınlığın - dakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gilələr aşkar olunmuşdur. Tarixi mənbələrə əsasən, 1913-cü ildə Azərbaycan ərazisinin 15 qəzasın - da 26,5 min hektar üzümlüklər mövcud idi. Bu dövrdə Birinci Dünya müharibəsindən sonra milliləşdirilən təsərrüfatların əsasında yaradı - lan şərab-spirt trestlərindən biri də Qarabağ - dakı “Karvin” birliyi idi. Bu birlik Qarabağda üzümçülük və şərabçılığın gələcək inkişafının ilkin əsasını qoymuşdu.
qədim üzümçülük ənənələri ilə... 3 yarım - zonaya bölünən Qarabağ-Mil bölgəsində üzümçülüyün tarixi qədim minilliklərə dayanır. Desert şərabları, üzüm şirəsi, həmçinin yerli istifadə məqsədilə təzə üzüm istehsalı üçün prespektivli olan bu bölgə çoxlu sayda süfrə və texniki istiqamətli aborigen üzüm sortlarının məskəni idi. Xindoqnı, Qara likeni, Qara-şirə, Əmiri, Arı mərəndi, Gül mərəndi, Bəy üzü - mü, Qaragöz, Quş ürəyi, Ağdam qızıl üzümü, Qarağat, Zeynəbi, Nübarlıq üzüm, Gözəl üzüm, Daşqarartı, Nənəm üzümü, Nar kolu üzümü, Kal üzüm, Ağdam keçiməməsi, Ağdam xəzərisi kimi üzüm növlərini bu siyahıya aid edə bilərik. Ümumiyyətlə, 1929-1931 illərdə Azərbaycan ərazisində 80-ə yaxın aborigen üzüm sortları öyrənilmişdir ki, bu dövrdə tapılan üzümlərin müəyyən hissəsi Ağdam ərazisinə aiddir. Xindoqnı üzüm sortu Qarabağ ərazisinə məxsus tarixi texniki istiqamətli üzüm sortu - dur. Qarabağ şəraitində Xindoqnıdan yüksək keyfiyyətli, dolğun, yaxşı rəngdə və xoşagələn təravətli süfrə şərabları hazırlanırdı. Qara lkeni sortu isə Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur. Bu sortun tənəklərinə Gəncə, Göygöl rayonlarında, Qarabağ ərazi - sində (xüsusən Füzuli rayonunda) köhnə üzüm bağlarında və xiyabanlarda rast gəlinir.
şərabçılıq mədəniyyəti... Məşhur türk alimi, coğrafiyaşünas Övliya Çələbi özünün XVII əsrə aid 10 cildlik «Səyahətnamə» əsərində Qara - bağda keyfiyyətli üzüm becərildiyi və ondan çox müxtəlif məhsullar, o cümlədən ətirli şirə hazırlandı - ğı haqqında yazmışdır. Həmçinin Şamaxı muzeyində eramızdan əvvəl IV-VII əsrlərə aid Qubadlı kəndində aparılan arxeoloji qazıntılar zamanı tapılmış daşlaşmış şərabın qalıqları da bu ərazidə şərabçılığın qədim sahə olduğunu sübut edir. 20-ci əsrin ikinci yarısında Azərbaycanda üzümçülüyün inkişafı istiqamətində xeyli iş aparılmışdır. Həmin dövrdə Azərbaycan şərab zavodlarının istehsal etdiyi port - veyn tipli tünd desert şərablarının arasında Qarabağ, Ağdam kimi şərabları da var idi. Ağdam port şərabı SSRİ-də və hətta Avropada məşhur olan tarixi içkidir. Bu içkini digər portveynlərdən fərqləndirən isə içkinin tərkibində 8% şəkər və spirtin tündlüyünün 19 % olması idi. Ağdam portveynin hazırlanmasında Bayanşirə, Rkatsiteli üzüm sortlarından istifadə edilirdi. Həmçinin qeyd etmək yerinə düşərdi ki, Azərbay - canın qədim məhsulu olan “Ağsu” şərabı Şamaxı, Qarabağ və Şəmkir - də becərilən Mədrəsə, Xindoqnı və Tavkveri üzüm sortlarından hazırlanırdı.
yeni nəfəs ilə birləşir! 30 illik işğaldan azad edilən Qara - bağ tezliklə keçmiş intibah dövrünə geri dönəcək. Ciddi dağıntılara məruz qalan Qarabağda hazırda geniş miqyaslı bərpa işləri aparılır. Bu layihələrdən bir çoxu da məhz Qarabağda mövcud olmuş üzümçülük və şərabçılıq ənənələrini bərpa edərək məşhur Qarabağ şərablarına yeni nəfəs vermək məqsədini daşıyır.