Mingəçevir Kür Çayının İncisi

Kür çayının sahilində yerləşən, gözoxşayan mənzərələri və sərin sahil xətti ilə tanınan sakit şəhər – Mingəçevir. "İşıqlar şəhəri" adlanan Mingəçevir macəra və təbiət sevənləri öz cazibəsi ilə valeh edəcək. 

Mingəçevir şəhərinintarixi və təbiəti

MingəçevirKür çayının incisi

Mingəçevir şəhəri ölkənin ən böyük su anbarı olan Mingəçevir gölü ilə ekoturizm, su idman növləri, qayığa minmə, balıqçılıq və füsunkar təbiəti sayəsində əsl istirahət mərkəzi kimi tanınır. Şəhər həmçinin nadir və miqrasiya edən quş növlərini izləmək üçün quş müşahidəsi həvəskarlarının sevimli məkanlarından biridir. Ziyarətçilər burada sahil boyunca gəzmək, açıq hava fəaliyyətlərindən həzz almaq və şəhərin cazibəsini kəşf etmək imkanı əldə edirlər.  

Mingəçevir qədim insan məskənlərindən biri hesab olunur. Bir zamanlar İpək yolunun üzərində yerləşən bu bölgədə ilk insan məskənlərinin beş min il əvvəl salındığına dair fərziyyələr də mövcuddur. Müasir Mingəçevir şəhəri isə İkinci Dünya müharibəsindən sonra nəhəng Mingəçevir Su Elektrik Stansiyasını inşa etmək üçün göndərilən 10 minə yaxın alman hərbi əsirinin köməyi ilə salınıb. 

Şəhər mərkəzindəki bir sıra tikililərdə, o cümlədən Dram Teatrı və bəzi yaşayış massivlərində, eləcə də Bozdağın ətəklərində yerləşən alman əsirləri qəbiristanlığında bu ərazilərdə yaşamış almanların təsiri hiss olunur. Mingəçevir boyunca axan Kür çayı ölkənin su ehtiyatlarının əsasını təşkil edir, şəhər isə illərdir avarçəkmə idman növünün mərkəzlərindən biri kimi şöhrət qazanıb. Burada yerli balıq fermasını ziyarət edə, çaykənarı bulvarda gəzintinin dadını çıxara və bölgənin balıq restoranlarında nahar edə bilərsiniz. Yay mövsümündə səfər etsəniz, Mingəçevir Su Anbarına baş çəkməyi də unutmayın.  

Kür çayı üzərində salınmış Mingəçevir su anbarı ətrafında müxtəlif ölçülü su hövzələri və bir-biri ilə bağlı bataqlıqlar formalaşmışdır. Bu ərazilər quşların məskunlaşması üçün əlverişli şərait yaradır və quş müşahidəçilərinə açıq sahələrdə müxtəlif quş dəstələrini izləmək imkanı verir. 

Bu ərazinin səciyyəvi növləri su hövzələrində qışlayan quşlar (məsələn, anqut, ağalın və ağqaş qazlar), qağayılar (məsələn, güləyən qağayı), bəzən böyük dəstələrlə adi flaminqolardır. Əlavə olaraq, geniş çöllük ərazilərdə kiçik torağay quşu və bəzgək dəstələrinə də rast gəlmək olar. Ərazidə həmçinin imperator qartalını, nadir hallarda isə Ceyrançöl çölündə yazda və payızın əvvəlində istirahət edən qəşəng durna dəstəsini görə bilərsiniz. 

Əraziyə xas quşlar 

Qışda: 

Adi bəzgək (Tetrax tetrax) 

İmperator qartalı (Aquila heliaca) 

Ütəlgi qızılquş (Falco cherrug) 

Çöl sarı (Buteo rufinus) 

Qıvrımlələk qutan (Pelecanus crispus) 

Yayda: 

Çöl sarı (Buteo rufinus) 

Mərməri cürə (Marmaronetta angustirostris) 

Adi pərttəgöz (Burhinus oedicnemus) 

Ağgöz qara ördək (Aythya nyroca)  

Ən uyğun dövrlər 

Payız və qışın sonlarında, yazda daha maraqlı olur. 

Gecələmə 

Mingəçevir şəhərində Kür çay sahilində bir neçə yerləşdirmə müəssisəsi var. Məsələn, “Kur Hotel” (+994 24 273 03 13), “Ağsaray Deluxe Hotel & Spa” (+994 50 200 19 88) və “River Side Hotel” (+994 24 274 93 73). 

Mingəçevirdəfəaliyyət növləri

“Nur şəhəri”ndə quş müşahidəsi
“Nur şəhəri”ndə quş müşahidəsi
Ornitoloji turizm

“Nur şəhəri”ndə quş müşahidəsi

Kür çayı sahilində yerləşən Mingəçeviri daha çox sənaye... Daha ətraflı

Kürün enerjisini hiss edin
Kürün enerjisini hiss edin
Alman irsi

Kürün enerjisini hiss edin

Mingəçevir müasir şəhər olsa da, salındığı ərazi qədim... Daha ətraflı

xəbər bülletenimizə abunə olun