Yay fəsli Azərbaycana səfər etməyin və ölkənin təklif etdiyi istirahət imkanlar ilə tanış olmağın ən yaxşı vaxtıdır. Ailələrin yenidən birgə unudulmaz anlar yaşaması üçün mükəmməl zamandır. Valehedici təbii irsi, zəngin kulinariya mədəniyyəti, gözəlliyi həyəcan doğuran şəhərləri ilə məşhur olan ölkə qonaqlara və ailələrə rahat, zəngin təəssürat yaradacaq bir tətil təklif edə bilər.
Azərbaycan Avropa ilə Asiyanın arasında yerləşir və Flynas-dan gündəlik uçuşla 4 saata qədər bir müddətdə Bakıda olacaqsınız.
10 gününüzü maraqlı şəkildə Azərbaycanda keçirə, Bakıda qədimliyin və müasirliyin birgə mövcudluğunun şahidi ola, ölkənin bölgələrində yerləşən ecazkar dağları və toxunulmaz yaşıllıqları kəşf edə bilərsiniz. İyun ayından sentyabr ayına qədər Azərbaycan günəşli və sərin mehin əsdiyi məkan olduğundan açıq havada gəzmək üçün çox əlverişli şəraiti vardır. Yayda Azərbaycanda görəcəyiniz və edə biləcəyiniz bəzi əyləncəli işlərin siyahısını təqdim edirik.
Qobustanın ibtidai petroqliflərinə və təbiət möcüzəsi hesab edilən palçıq vulkanlarına baş çəkin.
Yarımsəhrada ucalan Qobustan, UNESCO-nun 6000-dən çox qaya naxışından ibarət mədəni irsidir. Turistlər, həmçinin Roma legionunun bu şərq bölgəsində olması haqqında yazılı məlumatı da görə bilərlər. Bu petroqliflər keçmişin bədii salnaməsidir və həm bəşəriyyətin ən qədim tarixini, həm də ibtidai sənətin bəzi sahələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır. Qobustan abidələri Yuxarı Paleolit dövrünün sonundan bu eranın əvvəllərinə qədər təxminən 20 min illik bir dövrü əhatə edir.
Maraqlı fakt: Dünyada mövcud olan 800 palçıq vulkanından 350-yə yaxını Azərbaycanın Qobustan bölgəsində yerləşir.
Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş Tusi Bohm Planetarium vasitəsilə qalaktikaya səyahət edin və Megafun əyləncə mərkəzində xoş istirahət keçirin.
Bakının mərkəzində yerləşən Tusi-Bohmun ultra-müasir texnoloji planetariumundakı planetlər və qalaktikalar arasında səyahət edin. Fenomenal 4K proyektoru ilə işləyən planetarium çox sayda filmlər, cizgi və maarifləndirici-sənədli kino lentləri və xüsusi eksponatlar təqdim edir.
Ünvan: Tusi-Bohm Planetarium – Bakı şəhəri, Neftçilər prospekti, Park Bulvar Ticarət Mərkəzinin 4-cü mərtəbəsi. Planetariumdan piyada 30 dəqiqəlik və ya maşınla 3 dəqiqəlik məsafədə Megafun əyləncə mərkəzi yerləşir.
Yay tətili günəş, qum və dəniz olmadan keçməz.
Amburan Beach Club və Amburan Mall ticarət mərkəzinə baş çəkin. Amburan Beach Club hovuzları, akvaparkı, oyun meydançası, uşaq klubu, restoranları və uşaqlı ailələr üçün çimərliyi olan məkandır. Yolun kənarında yerləşən Amburan Mall ticarət mərkəzinin ikinci mərtəbəsində VR (virtual reallıq) otağı da daxil olmaqla, maraqlı istirahət vasitələrinə malik misilsiz bir yerdir. Burada kiçik uşaqlar üçün də əyləncə zonası vardır.
Digər ailəvi istirahət məkanlarına hovuzları, uşaq meydançaları, restoranları və ideal çimərlikləri olan “Breeze Resort”, “Bilgah Beach Resort” və “Dalga Beach Resort” aiddir.
Su idmanı ilə maraqlananlar mütləq Şurabaddakı bənzərsiz, insanı riqqətə gətirən ilk və yeganə kaytsörfinq mərkəzinə getməyi unutmamalıdır. Mərkəzdə uşaqlar və böyüklər üçün kaytsörfinq kursları təklif olunur.
Təbiətin qoynunda at sürmək ən gözəl macəradır.
Bakıdan təqribən 50 dəqiqəlik məsafədə yerləşən Mehdiabad Omar Atçılıq İdman Klubuna baş çəkin. At gəzintisinə əlavə olaraq, ailələrin birlikdə əylənə biləcəyi bir neçə başqa sahə də var ki, burada qayıqlara və ya katamarana minmək, hətta balıq ovuna da getmək olar. Kiçikləri əyləndirmək üçün mini zoopark, uşaqlar üçün əyləncəli oyun meydançası da mövcuddur.
Bakıda keçirilən beynəlxalq musiqi festivalında iştirak edin.
“Jara” – Bakıda, Xəzər dənizinin sahilində hər il keçirilən beynəlxalq yay musiqi festivalıdır. Bu, paytaxtın özünə on minlərlə tamaşaçı cəlb edən, milyonlarla tamaşaçısı olan ən böyük yay tədbiridir. “Jara–19” bir çox məşhur beynəlxalq sənətçinin iştirak etdiyi 4 günlük bir festival olacaq.
Ünvan: beynəlxalq səviyyədə tanınmış “Sea Breeze Resort & Residences” çimərlik hoteli. Bu hotel Heydər Əliyev Beynəlxalq Hava Limanından 14 km məsafədə, Nardaranın mənzərəli ərazisində, Xəzər dənizinin sağ hissəsində yerləşir.
Paket – Fairmont Baku-da festival üçün paketlər təxminən bir adam üçün 2 gecə və 3 gündən ötəri 500 AZN başlayacaq, iki nəfərlik standart nömrədə yerləşdirilmə, hava limanına və ya reysə bilet, festival biletləri daxil olmaqla
“Sakit Göl”də biraz sakit vaxt keçirin.
Şamaxıda yerləşən Sakit göl Bakıdan 125 km məsafədədir və ora çox asanlıqla getmək mümkündür. Bura şəhərin hay-küyündən, təlaşından qaçmaq, istirahət etmək və gözəl vaxt keçirmək üçün fantastik məkandır. Dağlar arasında yerləşən və möhtəşəm mənzərələrlə əhatə olunmuş bu məkan sanki yer üzündə cənnətin bir parçasıdır.
Azərbaycan zəngin mədəniyyətə, görməli yerlərə, ləzzətli yeməklərə və musiqiyə malikdir. Bu gözəl sirli incilərlə sadəcə açıq hava altında muzey adlanan Bakını gəzərək tanış olmaqla, ailəvi dincəlmək üçün müxtəlif tədbirlərdə iştirak etməklə və istirahət mərkəzlərini yaxından tanımaqla, eləcə də Sakit göldə istirahətin dadını çıxarmaqla misilsiz bir yay tətili keçirə bilərsiniz.
“Four Seasons Baku” hotelindən Qurban bayramı/Yay paketi
Heyranedici incəsənət üslubunda tikilmiş bu hotel Bakının mərkəzində, Xəzərin sahilində, İçərişəhərin orta əsr divarlarının və alov formalı üç müasir göydələnin lap yaxınlığında yerləşir. Bu, inkişaf etməkdə olan şəhərin təzadlarının hamısını – qədimlik, müasirlik və bir qədər də məğrurluğunu bir arada mükəmməl şəkildə əks etdirir.
Ailənizin tətilini ödənişsiz olaraq dördüncü gecə üçün uşaqlar üçün nəzərdə tutulan xüsusi istirahət təklifi və s. hesabına uzada bilərsiniz. Hoteldə və ondan kənarda rahat ailəvi istirahət üçün oyun meydançaları və attraksionlar da daxil olmaqla, lazım olan hər şey mövcuddur.
Gözoxşayan şəhər mənzərəsinə açılan otağın bir gecəlik qiyməti 200 ABŞ dollarından, bir lüks nömrənin qiyməti isə 320 ABŞ dollarından başlayır. Bu qiymətlər iyul, avqust və sentyabr ayları ərzində etibarlıdır.