9 fevral 2025

Qırmızıpapağın nağılı

tədbirin detalları

“Qırmızıpapağın nağılı”

Yaş həddi: 3+

Müəllif: Yevgeni Şvarts  (Tərcümə edəni:  Nigar)

Quruluşçu rejissor: Bəhram Osmanov  (Əməkdar incəsənət xadimi)

Baş rolların ifaçıları: Günel Məmmədova, Səbinə Məmmədova

Janr:  nağıl-tamaşa

Tamaşanın müddəti: I hissəli – 1 saat

Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinə süd və kökə aparmaq istəyir. Lakin anası qorxur. Bilir ki, meşənin içindən keçən yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızıpapaq yola düzəlir. O, həqiqətən yollarda belə çətin maneələrlə qarşılaşır. Lakin onun dovşan və quşlar kimi sədaqətli dostları var. Hətta Ayı belə nadan Tülkü ilə Canavarın  əleyhinə çıxır, Qırmızıpapağa kömək edir.

Bütün çətinliklərə baxmayaraq, Qırmızıpapaq gəlib nənəsinin yanına çatır. Lakin Canavar hiylə işlədib bu evə gəlir, əvvəlcə nənəsini, sonra Qırmızıpapağı udur.

Xeyirxah Meşəbəyinin sayəsində qızcığaz da, nənə də xilas olurlar.

Elə tamaşanın da qayəsi budur ki, insanlar xeyirxah olmalı, bir-birinə kömək etməli, dostluqda sədaqət nümunəsi göstərməyi bacarmalıdırlar.

 

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 3+

tədbirin məkanı

Milli Gənc Tamaşaçılar Teatrı

Nizami küçəsi 72, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun