5 sentyabr 2026

Dorian Qreyin portreti - Oscar Uayld

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Azərbaycan teatr məkanında səs-küy yaradan, müasir səhnə dili və beynəlxalq yaradıcı heyəti ilə seçilən möhtəşəm layihə yenidən tamaşaçı qarşısında!

Azərbaycan və Makedoniyanın birgə layihəsi olan bu möhtəşəm səhnə əsəri tamaşaçı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görüşəcək.

Dorian Qrey mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Onun siması dəyişməz qalır, lakin ruhu günbəgün çürüyür. Şöhrət, ehtiras və təkəbbür onun portretində əks olunur. Parlaq, lakin mənasız həyatın içində xoşbəxtliyi tapa bilməyən Dorian sonda öz həqiqəti ilə üz-üzə qalır.

Müasir səhnə dili, təsirli musiqi və güclü vizual həllərlə təqdim olunan tamaşa sevgi, mənəviyyat və insan ruhu haqqında düşündürən bir hekayədir.

“Bir ruhun hekayəsi…”

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 9+

tədbirin məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun