12 aprel 2025

Tənbəl Dovşan

tədbirin detalları

İsgəndər Coşğunun eyni adlı əsəri əsasında hazırlanan  tamaşa  azyaşlı  tamaşaçılarla  dialoq qurulmaqla başlayır. Əsərin əsas  qəhrəmanı dovşan  çox tənbəl və ərkəsöyünlüyü ilə seçilir. Onunla dostluq edən  digər meşə heyvanları isə  dostları dovşana  cəsurluğu , işgüzar olmağı öyrədirlər.  Tamaşanın uşaqlara verdiyi mesaj isə budur ki ,  insan həyatda xoşbəxtliyi  öz zəhməti və əziyyəti ilə  qazanmalıdır. Tamaşa eyni zamanda şən musiqilər fonunda azyaşlı tamaşaçıları özünə valeh edir.

Quruluşçu Rejissor : Loğman Kərimov ( Əməkdar Artist )

Qeyd: Tədbirə 10 dəqiqədən artıq gecikənlər tamaşaçı zalına buraxılmırlar.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 3+

tədbirin məkanı

Şuşa Dövlət Musiqili Dram Teatrı

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 48

Xəritədə bax

xəbər bülletenimizə abunə olun