29 iyul 2026

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri

tədbirin detalları

GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.

Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.

Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin ifasında keçiriləcək. Dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi ilə səslənəcək proqramda Azərbaycan və dünya klassik musiqisinin seçilmiş əsərləri təqdim olunacaq.

 Dirijor: Ramiz Məlik-Aslanov

Tədbirin dili: Çoxdilli
Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Heydər Əliyev Konqres Mərkəzi

Heydər Əliyev prospekti, Qəbələ, AZ3600, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun