Şükriyyə
tədbirin detalları
Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Cavid Zeynallı “Şükriyyə” tamaşası haqqında
Yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan tamaşa 1937-ci ildə repressiyaya məruz qalan istiqlal şairimiz, Azərbaycanın dövlət himninin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadə haqqındadır.
Əhməd Cavad həbs olunandan sonra “xalq düşməni”nin arvadı kimi Şükriyyə Axundzadəyə istintaqda təklif olunur ki, Əhməd Cavaddan boşansa, özünü də, övladlarını da sürgün olunmaqdan qoruya bilər.
Şükriyyə isə “Mənim boşanmaq haqqında ərizəm Cavada atılan güllədən də betər olar” deyib, imtina edir və Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına sürgünə göndərilir.
Vaxtilə Batumda Əhməd Cavada qoşulub qaçdığı üçün uzun illər ailəsi tərəfindən qəbul edilməyən Şükriyyə taleyin növbəti imtahanı ilə üzbəüz qalır. Sürgündə olanda nə Əhməd Cavaddan, nə də övladlarından xəbər ala bilməyən bu fədakar qadın bir-birindən dəhşətli hadisələrə səbir və mətanətlə dözür, ən çətin sınaqlar belə onun möhkəm iradəsini sındırmır.
Məhəbbətinin qurbanı olan Şükriyyə Stalin rejiminin repressiya qurbanı kimi 8 il sürgün cəzası çəkib nəhayət Vətənə qayıdır. Tamaşanın əsas hadisəsinə paralel olan süjet xətlərində Şükriyyə Axundzadə ilə bərabər digər ölkələrdən sürgün olunan qadınların da taleyinə işıq salınır, insanın mənəvi təmizliyi, çətin sınaqlar qarşısında ləyaqət hissini qoruması tamaşaçılara təqdim olunur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Tədbirin dili: AzərbaycancaYaş məhdudiyyəti: 12+