28 iyun 2025

“Red Bull Car Park Drift Azerbaijan 2025”

tədbirin detalları

28 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından
biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçiriləcək.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və
özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift”
yarışında ən bacarıqlı 22 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək.
Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı
drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.
“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə
keçirilir.

Tamaşaçıları Red Bull-un iki peşəkar atleti — Abdo Feghali və Arunas
Gibieza-nin iştirakı ilə inanılmaz və möhtəşəm bir şou gözləyir!
Tamaşaçılara unikal bir nümayiş təqdim olunacaq: drift avtomobili və
motosikletin heyrətamiz tandemi, sinxron triklər, mühərriklərin gurultusu və
təkərlərdən çıxan tüstü. Bu şounu heç vaxt unutmayacaqsınız!
Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı
həyata keçirilir.
 
Yaş məhdudiyyəti: 18+

tədbirin məkanı

Dövlət Bayrağı Meydanı - "Parking"

Xəritədə bax

xəbər bülletenimizə abunə olun