22 may 2026

Cəza

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

“Cəza”

Yaş həddi: 16 +

Müəllif: Tamara Vəliyeva

Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı)

Quruluşçu rəssam: Elşən Sərxanoğlu

İfaçı: Əməkdar artist Kəmalə Müzəffər

Janr:  tək ifa üçün psixoloji dram

Tamaşanın müddəti: 1 saat 20 dəqiqə

        Ən böyük cəza insanın özü-özünü cəzalandırmasıdır. Ömrünün ən yetkin, ən məsuliyyətli anında bir qadın başqasını sevir... Amansızcasına, ümidsizcəsinə sevir və yeni həyat başlayacağına ümid edir. Körpələrini də unudur, həyat yoldaşını da, evini, məsuliyyətini... Hər şeyi unudur, çünki  sevir.

       İnsan yaşadığı deyil, umduqlarını, gözlədiklərini istəyəndə fəlakət başlayır. Ümid sabahı açmaq üçün açardır, amma...  Ümid həm də ölümün kölgəsidir. Ümid bitən anda faciə başlayır, çünki... Uşaqlarından qoparılan ana... ətrafında ot belə bitməyən qurumuş ağac kimidir. Bir yol qalır:  intihar. 15 il ərzində hər gün intihar...

       İntihar isə qəbuledilməzdir.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 16+

tədbirin məkanı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı

Nizami küçəsi 72, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun