15 mart 2025

Nikulin Sirki Bakıda

tədbirin detalları

Məşhur Yuri Nikulin Sirki Bakıya qayıdır

Bakı Dövlət Sirkinin təşkilati dəstəyi ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra yenidən, mart ayının 15-dən etibarən Bakıya gəlir.

Sirk proqramında Yuri Nikulin Sirkinin dünyaca məhşur, müxtəlif  festivallarda mükafatlara layiq görülən artistləri çıxış edəcək. Macəra dolu  sirk proqramında akrobat, gimnast və ekvilibristlər sizi  heyran edəcəklər. Klounlar isə sizi ürəkdən güldürəcək.Əyləncə dolu sirk şousunda sözəbaxan ayı, it, meymun və su heyvanları  sahiblərinin onlara verdiyi tapşırıqlarını mehribanlıqla yerinə yetirib, sadiq dost olduqlarını sərgiləyəcəklər.

Həm uşaq və həm də böyüklər üçün olan proqram rəqqasların hər nömrədən öncə göstərdikləri unikal  rəqsləri ilə də yadda qalan olacaq. Gözoxşayan fərqli kostyumlar və səhnə dekorları məşhur Yuri Nikulin Sirkinin müasir standartlarına uyğun qurulub.

Proqram Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) nümayiş ediləcək.

Biletlərin qiymətləri isə 11 - 40 AZN arasında dəyişir. 

 

Tədbirin dili: Multilingual
Yaş məhdudiyyəti: 3+

tədbirin məkanı

Bakı İdman Sarayı

26a Neftçilər pr, Bakı

Xəritədə bax

xəbər bülletenimizə abunə olun