Nənəmin aş qazanı
tədbirin detalları
“Nənəmin aş qazanı”
Yaş həddi: 5+
Müddəti: 55 dəqiqə
Dili: Azərbaycan
Müəllif: Saida Haqverdiyeva
Quruluşçu rejissor: Saida Haqverdiyeva
Quruluşçu rəssam: Rəna Abbasova
Bəstəkar: Vüqar Camalzadə
İllər ötür, zamanın hökmü ilə həyat tərzimiz, vərdişlərimiz, zövqlərimiz, hətta münasibətlərimiz də dəyişir. Hə, təəssüf ki, zaman bizə itirməyi də öyrədir. Beləcə bizlər xatirələrlə baş-başa qalırıq. Bu zaman içində itirdiklərimizi bizə unutdurmayan xatirələr və onların işığı ilə yaşamağa davam edirik. Sözsüz ki, məqamlar, keçmişin aynası sayılan, bəlkə də heç zamanında əhəmiyyət vermədiyimiz əşyalar belə bizi ayrıldığımız doğmalarımızla ruh təmasına çəkir. Elə bizim tamaşanın qəhrəmanı kimi.
“Nənəmin aş qazanı” adlı tamaşada köhnə evə yeni gəlin gələn qadın, gənc ailə təsvir olunur. Cehizində müasir texniki avadanlıqlar, mətbəx əşyaları gətirən gəlin həyat yoldaşının dünyasını dəyişən nənəsindən qalan qab-qazanı, xüsusən də plov qazanı və çaydanı asanlıqla elektrik cihazları ilə dəyişir. Bu zaman illəri yola salan və bu evdə doğmaya çevrilən Qazan ilə Çaydanın hüzn dolu dialoqları ümumi ideyanın hərəkətverici qüvvəsinə çevrilir...
Doğmalarımızla bağlı xatirələrimizə yenidən boylanmaq, həyatımızın böyük bir hisəsində bizimlə birgə yol gələn cansız əşyaların “dilə” gəldiyi bu tamaşa sizin də duyğularınıza sığal çəkib, müxtəlif hadisələrə baxışınıza təsirsiz ötüşməyəcək.
Tədbirin dili: AzərbaycancaYaş məhdudiyyəti: 5+