İnnab ağacı
tədbirin detalları
Azərbaycan Dövlət Kukla Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyinə həsr etdiyi "İnnab ağacı" tamaşası yeni və tam fərqli səhnə işidir.
Tamaşanın premyerası 13 iyun 2025-ci il tarixində Sankt-Peterburq şəhərində olub.
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında Azərbaycan və rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.
Yaş məhdudiyyəti: 11+