Gülağa Məmmədov - 100 illik yubiley konserti
tədbirin detalları
May ayının 15-i 2025-ci il tarixdə R.Behbudov adına Dövlət Mahnı Teatrında unudulmaz müğənni, səsi ilə neçə neçə mahnılara həyat vermiş Gülağa Məmmədovun 100 illik yubiley konserti keçiriləcək.Konsertdə onun repertuarından olan mahnıları teatrın solistləri xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar,Heydər Anatollu,müğənnilər Ayşən Mehdiyeva,Aynur İsgəndərli,Fəxri Kazım-Nicat,Rövşən Qəhrəmanov,Ramazan Şərifov instrumental ansamblın müşayiətilə səsləndirəcəklər.
Ansamblın rəhbəri - Mirxalid Salayev.
Yaş məhdudiyyəti: 6+