1 avqust 2026

"Dünya Kinofilmlərindən Sevilən Musiqi Parçaları" – "SCORRENDO" Orkestri

tədbirin detalları

GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.

Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.

Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!

“Scorrendo” Orkestrinin ifasında Azərbaycan və dünya kinofilmlərindən sevilən musiqi parçaları səslənəcək. Unudulmaz melodiyalarla dolu emosional musiqi axşamı.

Bədii rəhbər və baş dirijor: Mustafa Mehmandarov

Solistlər:
Səid Məmmədov (violin)
Natella Quliyeva (soprano)

Tədbirin dili: Çoxdilli
Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Qafqaz Resort Amfiteatrı

İsmayıl bəy Qutqaşınlı küçəsi, Qəbələ

Xəritədə bax

xəbər bülletenimizə abunə olun