29 iyun 2025

"Göycək Fatma"

tədbirin detalları

Milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa (pyes müəllifi K. Ağayeva) balalarımıza insanpərvərlik, ədalətli olmaq kimi gözəl duyğular aşılayır. Öz ögey anasının və ögey bacısının verdikləri zülmlərə mətanətlə sinə gərən Fatma küləyin apardığı yunu tapmaq üçün meşəyə gəlir. Burada Qarı ilə rastlaşır. Qarının qulluğunda övladı kimi dayanan Fatma ondan iyrənmir, hər bir işini ürəklə görür. Qızın bu nəcibliyini görən Qarı onun səadətə qovuşması üçün əlindən gələni edir. Xeyirxah Göyçək Fatma şahzadəyə ərə gedir. Bütün pisliklərinə və ona verdikləri olmazın zülmlərə baxmayaraq, Fatma ögey anasını və bacısını bağışlayır.

        Milli geyimlər, gözəl səhnə dekorasiyası, maraqlı rəqslər və diqqətçəkən aktyor oyunu tamaşaçını heyran edir.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 3+

tədbirin məkanı

Azərbaycan Dövlət Kukla Teatrı

Neftçilər prospekti 36, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun