21 sentyabr 2025

Arşın mal alan

tədbirin detalları

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

"Arşın mal alan" (iki hissəli operetta)

Yaş həddi: 6+

Müəllif: Üzeyir Hacıbəyli

Janr: Komediya

Tamaşanın müddəti: I hissə - 700dəqiqə

                                    II hissə - 70 dəqiqə

Quruluşçu rejissor: Elvin Mirzəyev

Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (Əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: Nabat Səmədova (Əməkdar artist)

                                                    Qısa məzmunu

«Arşın mal alan» dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış əsərin librettosunu da Üzeyir Hacıbəyov özü yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi «Arşın mal alan»-ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə etmişdir. Əsərdə məhəbbət, coşqun ehtiraslı, vətənpərvər ruhlu, ümidsizliyi ifadə edən ariyalar səslənir. «Arşın mal alan» musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və s. kimi obrazlar da özünəməxsusluğu ilə seçilir. Əsərdəki digər bir yenilik Üzeyir Hacıbəyovun milli harmoniya üslubunu yaratmasıdır. Bəstəkar burada polifaniya yazı üslubundan da istifadə etmişdir. "Arşın mal alan” əsəri 2009-cu ildə Elvin Mirzəyev tərəfindən səhnələşdirilib və 2010-cu ilin noyabrına qədər repertuarda özünəməxsus yer tutub. 2010-cu ildə teatrımızın binası təmirə bağlanandan sonra "Arşın mal alan”ın nümayişi dayandırılmışdı. 10 mart 2017-ci ildə isə tamaşa yeni redaksiyada təqdim olundu.

Tədbirin dili: Русский
Yaş məhdudiyyəti: 6+

tədbirin məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun